İdman dırmanması üzrə iki yaş kateqoriyasında ölkə birinciliyinin qalibləri müəyyənləşib

post-img

“Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanmasının çətinlik növü üzrə iki yaş kateqoriyası üzrə ölkə birinciliyi keçirilib.
Yarış 2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər, eləcə də 2013–2015-ci il təvəllüdlü kiçiklər arasında təşkil olunub. Ümumilikdə yarışda 33 idmançı iştirak edib.

Yarış çərçivəsində iştirakçılar təsnifat və final mərhələlərində mübarizə aparıblar.
2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər (22 iştirakçı):

Qadınlar arasında:

1-ci yer — Aliyə İbrahimbəyova, 2-ci yer — Həvva Yambulatova, 3-cü yer — Sofya Boriskina.

 

Kişilər arasında:

1-ci yer — Rəsul Nəsir, 2-ci yer — Fərhad Babayev,
3-cü yer — Murad İbrahimli.
2013–2015-ci il təvəllüdlü kiçiklər (11 iştirakçı):

Qadınlar arasında:

1-ci yer — Fərəhnaz Rəşid, 2-ci yer — Eva Burlova, 3-cü yer — Roza Dubentsova.

Kişilər arasında:

1-ci yer — Vladimir Qolovnya.
Yarış Azərbaycan Alpinizm Federasiyası tərəfindən təşkil olunub, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.

Final mərhələsinin sonunda qaliblər medal, diplom və müvafiq mükafatlarla təltif olunublar.

Qabil YUSİFOĞLU
 XQ

İdman