Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb. Kişilər arasında 10 kilometr məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 kilometr məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 kilometrdə isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar. Qadınlar arasında 6 kilometr məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 kilometrdə Nila Heydərova, 1 kilometrdə isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qabil YUSİFOĞLU
XQ


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
