Şəhid övladları Şimali Kiprə gedəcəklər

post-img

Dünən “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” mövzusunda konfrans keçirilib.

Birliyin sədri Sevinc Alı­zadə bildirib ki, qardaş Şima­li Kipr Türk Cümhuriyyətin­dən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Azərbaycan Respub­likasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.

ŞKTC-nin “Şəhid Ailələ­ri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Milli Qəhrəman, şəhid general-ma­yor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova, ŞKTC-nin Bakı Nümayən­dəliyinin rəhbəri Ufuk Tur­ganer, Azərbaycan–ŞKTR Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və başqala­rı çıxış edərək layihənin əhə­miyyətini vurğulayıblar.

Sonda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə İstanbul Texniki Universitetinin Şimali Kipr filialı və “Amerika Girne Universiteti” arasında əmək­daşlıq protokolları imzalanıb.

Razılaşmaya əsasən, Azərbaycandan 10 nəfər şə­hid övladının İstanbul Tex­nik Universitetinin Şimali Kipr filialında, 20 nəfərin isə “Amerikan Girne Universi­teti”ndə 14 gün müddətində yay məktəblərində iştirak edəcəklər. Xərcləri həmin ali məktəblər ödəyəcək. 

R.QURBANLI
XQ

Son xəbərlər