16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Qitə yarışında Azərbaycanı təmsil edəcək ilkin heyət müəyyənləşib.
İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.
Qeyd edək ki, milli komandamızın yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.
Avropa çempionatı üçün ilkin heyət aşağıdakı kimidir:
Kişilər -Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Kənan Nəsibov (+100 kq).
Qadınlar - Könül Əliyeva, Şəfəq Həmidova (48 kq),
Leyla Əliyeva, Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq),
Madina Kaisinova (+78).
Qabil YUSİFOĞLU
XQ

