Azərbaycan Ümumdünya Kosmos Həftəsinə hazırlaşır

post-img

Oktyabrın 4, 10-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) təşkilatçılığı ilə Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək.

“Azərkosmos”dan verilən məəlumata görə, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il dünyanın 90-dan çox ölkəsində qeyd olunan Ümumdünya Kosmos Həftəsi artıq 4-cü ildir ki, Azərbaycanda keçirilir. Builki toplantının mövzusu “Kosmosda Həyat” olacaq. Ümumdünya Kosmos Həftəsinin məqsədi gəncləri kosmos sahəsinə həvəsləndirmək, onların biliklərini artırmaq və ölkədə innovativ kosmik ekosistemin formalaşmasına dəstək verməkdir.

Həftə çərçivəsində keçiriləcək tədbirlərdə iştirakçılar kosmik qida üzrə vörkşop, kosmos mövzusuna həsr olunmuş kinofestival, orta məktəb şagirdləri üçün Rumıniyanın tanınmış astronavtı Dumitru-Dorin Prunariu ilə “Astronavta sual ver” adlı vebinar, müəllimlər üçün “STEAM Təhsili: Çətinliklər və Gələcək İmkanlar” adlı seminar, APRSAF Beynəlxalq Kosmik Poster Müsabiqəsinin Milli Mərhələsinin sərgisi və digər tədbirlər gözləyir.

XQ

Son xəbərlər