Maliyyə naziri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

post-img

Maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə səlahiyyət müddətinin bitməsi münasibətilə görüşüb.

Görüşdə cari ilin oktyabr ayında Azərbaycan Respublikası hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında fikir mübadiləsi aparılıb.

Sənədin milli inkişaf prioritetlərinə və “Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyi”nə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.

Sahil Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı tərəfin diqqətinə çatdırıb.

V. Andreyeva Azərbaycanda 4 il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksəksəviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib.

XQ

Son xəbərlər