“Sprut” serialının məşhur aktyoru Rемо Cirone vəfat edib

post-img

İtaliyanın tanınmış aktyoru Rемо Cirone 76 yaşında Monakodakı evində dünyasını dəyişib. Bu barədə məlumatı ANSA agentliyi yayıb. Aktyor “Sprut” serialında mafiya üzvü Tano Kariddi obrazı ilə tamaşaçıların yaddaşında dərin iz buraxıb.

Rемо Cirone Efiopiyanın paytaxtı Asmarada, o dövrdə İtaliya koloniyası olan Eritreyada anadan olub və uşaqlıq illərini orada keçirib. Daha sonra ailəsi ilə birlikdə Romaya köçüb. Əvvəlcə iqtisadiyyat sahəsində təhsil alan Cirone 1971-ci ildə teatr sənətinə maraq göstərərək Romadakı Milli Dram İncəsənəti Akademiyasına daxil olub.

Tələbəlik illərində onun istedadı məşhur rejissor Luka Ronkoni tərəfindən kəşf edilib. Ronkoni gənc aktyoru Şekspir və Çexov əsərlərinə əsaslanan teatr tamaşalarına dəvət edib. 

Kino karyerasına 1977-ci ildə rejissor Paskuale Skuiterinin “Korleone” adlı kriminal dramı ilə başlayan aktyor “Sprut” serialında yaratdığı Tano Kariddi obrazı ilə geniş şöhrət qazanıb. Bu rol bir neçə mövsüm davam edib və personajın həyatı “Sprut 10” seriyasında faciəvi şəkildə sona çatıb.

Uzun illər ərzində Rемо Cirone teatr və kinoda 60-dan çox rolda çıxış edib. O, yalnız İtaliya və Avropa istehsallarında deyil, həm də Hollivud filmlərində çəkilib. Onun ən çox tanınan ekran işlərindən biri 2019-cu ildə Mett Deymonla birlikdə rol aldığı “Ford və Ferrari” filmində Enzo Ferrari obrazıdır. Aktyor həmçinin Ben Afflecin “Gecə qanunu” (“Live by Night”, 2016) filmində də iştirak edib.

Rемо Cirone-nin zəngin yaradıcılığı İtaliya teatr və kino tarixində silinməz iz qoyub.

S.ELAY

XQ

Mədəniyyət