Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat davam edir

post-img

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatı prosesi davam edir.

XQ xəbər verir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu eagro.az vasitəsilə həyata keçirilir və fermerlər öz təsərrüfatlarına dair məlumatları sistemə daxil etməklə müraciət edə bilərlər.

Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 13 aprel, saat 10:00-dan etibarən qeydiyyatdan keçə bilərlər.

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.

Fermerlərin təqdim etdiyi məlumatlar yoxlanıldıqdan sonra təsdiq ediləcək və köç tarixi ilə bağlı SMS bildiriş göndəriləcək.

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilər.

Sosial həyat