Uşaqlar və yeniyetmələr üçün “FotoBax” milli fotomüsabiqəsi elan olunub

post-img

IDEA İctimai Birliyinin və “Reza Visual Academy"in təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəsi keçirilir.

XQ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən müsabiqə "Children’s Eyes on Earth" ("Yer kürəsi uşaqların gözü ilə") beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunub.

Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər çəkdikləri 20-dək fotoşəkili sentyabrın 21-dək www.fotobax.az saytına təqdim etməlidirlər.

Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilər.

Mədəniyyət