Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

post-img

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Demokratiya və təhlükəsizlik komitələrinin iclası keçiriləcək.

Parlament Assambleyasının plenar iclasının gündəliyinə Asiyada iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qara dəniz bölgəsində təhlükəsizlik, İqlim dəyişikliyi problemləri, texnoloji çağırışlar, müttəfiq ölkələr tərəfindən süni intellekt də daxil olmaqla yeni və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi və onlardan istifadə üsulları, Dezinformasiya ilə mübarizə və digər məsələlər daxil edilib.

Səfər mayın 28-də başa çatacaq.

Siyasət