Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay istirahəti təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, istirahət proqramı uşaqların yay aylarında asudə vaxtlarının səmərəli keçirilməsi, sosial bacarıqlarının inkişafı və psixoloji rifahlarının dəstəklənməsi məqsədi daşıyıb.
Tədbir çərçivəsində uşaqlar maraqlı və inkişafyönümlü fəaliyyətlərə cəlb olunublar. Eyni zamanda, maarifləndirici oyunlar, əyləncəli yarışlar, yaradıcı məşğələlər və ekskursiyalar müəssisə sakinlərinə unudulmaz anlar yaşadıb.