Bakı metrosunda qadın uşaq dünyaya gətirib

post-img

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında qadın uşaq dünyaya gətirib. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Sosial həyat