Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8% artıb

post-img

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur. 

Bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır. 

Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8%, dəyər olaraq 12,4% artım qeydə alınıb.

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir. 

Sosial həyat