FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı, Suraxanı, Qəbələ və Saatlı rayonları Yanğından Mühafizə hissələrində “açıq qapı günü” tədbirləri keçirilib.

Bu barədə FHD-dən verilən məlumata görə, “My Garden”, “Piter Pen”, “İndigo”, “Dəniz” uşaq bagğçalarının azyaşlı və tərbiyəçilərinin, həmçinin Saatlı şəhər 2 nömrəli tam orta məktəbin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin şagird və müəllimlərinin iştirak etdikləri tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Mustafa Kamal
XQ























Sosial həyat