Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib

post-img

Türkiyənin Norveçdəki səfiri Gülin Dinç Ramazan və Novruz bayramları münasibətilə Oslo Azərbaycan Evini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin dərsində iştirak edən xanım səfir şagirdlərlə səmimi söhbət aparıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şagirdlər isə öz növbəsində Türkiyə–Azərbaycan qardaşlığına həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Daha sonra Gülin Dinç Oslo Azərbaycan icmasının üzvləri ilə görüşərək səmimi fikir mübadiləsi aparıb.

O, Norveçdəki türk və Azərbaycan icmaları, eləcə də təşkilatları arasında sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluğunu ifadə edib.

Sonda Gülin Dinç Oslo Azərbaycan Evinin qonaq kitabına ürək sözlərini yazıb.









Sosial həyat