“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib

post-img

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

İşçi qrupunun gələn il üçün Fəaliyyət Planı, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2026-cı il üzrə “Yol xəritəsi” layihələri çərçivəsində görüləcək işlərə dair təqdimatlar edilib.

Görüşdə, həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində görülmüş işlərdən bəhs edilib. Növbəti ildə həmin sahələrdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Sosial həyat