Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 3 üzvünü zərərsizləşdirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, terrorçulara İraqın Pençe-Kilit antiterror əməliyyatı zonasına daxil olan Zap bölgəsində hücum edilib.
"Türkiyə ordusu terrorçuları məhv etməyə davam etməkdə qərarlıdır", - Müdafiə Nazirliyi vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.
S.ELAY,
"Xalq qəzeti"

