Kasım-Jomart Tokayev: Qazaxıstan Yaxın Şərq münaqişəsinə neytral ölkələrin cəlb edilməsinə qarşıdır

post-img

“Sputnik-Kazaxstan” Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu Birləşmiş Ərəb Əmirliklərinin bu ölkədəki səfiri Mohammed Saed Mohammed Al-Arikini qəbul edərkən söyləyib. O, ölkəsinin xoş niyyətlə sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.

Dövlət başçısı Qazaxıstanla BƏƏ arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişafına, eləcə də qarşılıqlı maraq doğuran geniş sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsinə davamlı sadiqliyini qeyd edib. 

K-J.Tokayev, həmçinin Yaxın Şərqdəki vəziyyətdən, o cümlədən İranın BƏƏ ərazisini davam etdirdiyi bombardmanlarından narahatlığını ifadə edib.

Dünya