Çin Tayvan ətrafında təlimlərə başlayıb

post-img

Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Döyüş Komandanlığı Bölgəsi (ECZC) Tayvan adası ətrafındakı ərazidə təlimlərə başlayıb. Bu barədə mayın 23-də Çin Xalq Azadlıq Ordusunun (PLA) mətbuat xidməti məlumat yayıb.

“İzvestiya.ru”nun məlumatına görə, manevrlər iki gün davam edəcək.

“Şərq Döyüş Komandanlığı Zonası mayın 23-də Tayvan bölgəsində, Tayvan adasının şimalında, cənubunda və şərqində, həmçinin Kinmen, Mazu, Vuqiu və Donqyin adaları ətrafında birgə hərbi təlimlər keçirir”, - deeyə ordunun məlumatında bildirilib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya