FT: ABŞ-ın korporativ investisiya öhdəlikləri 1,9 trilyon dollara çatır

post-img

Donald Trampın prezidentlik müddətinin əvvəlindən ABŞ iqtisadiyyatına kapital yerləşdirmək üçün özəl və xarici şirkətlərin investisiya öhdəliklərinin ümumi həcmi 1,9 trilyon dollara çatıb. Bu qiymətləndirməni “Financial Times” qəzeti verib.

Nəşrin məlumatına görə, elan edilmiş ən böyük investisiyalar arasında Apple-dan 500 milyard dollar, SoftBank telekommunikasiya holdinqindən 100 milyard dollar, yarımkeçirici istehsalçısı TSMC-dən analoji məbləğ, CMA CGM qrupundan 20 milyard dollar və avtomobil istehsalçısı Stellantis-dən 5 milyard dollar daxildir.

Eyni zamanda, FT Dartmut Kollecinin professoru Teresa Forta istinadən qeyd edir Kİ, bu investisiyaların əhəmiyyətli hissəsi ABŞ və Çin, Hindistan, Avropa İttifaqı və Cənubi Koreya da daxil olmaqla bir sıra əsas ticarət tərəfdaşları arasında tarif münaqişəsinin kəskinləşməsi fonunda təhlükə altındadır.

Bəzi analitiklər isə, əksinə, hesab edirlər ki, ABŞ-ın proteksionist siyasəti hasilatın ölkə ərazisinə transferini sürətləndirə bilər. Capgemini Tədqiqat İnstitutunun məlumatına görə, Amerika korporasiyaları üç il ərzində istehsal gücünü ölkəyə qaytarmaq üçün təxminən 1,1 trilyon dollar xərcləməyi planlaşdırır ki, bu da 2024-cü ildəki 750 milyard dollardan yüksəkdir.

S.ELAY

XQ

Dünya