Vitkoff atəşkəsə nəzarət etmək üçün Qəzzaya səfər edib

post-img

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff İsrailin atəşkəs razılaşmasını yerinə yetirməsinə nəzarət etmək üçün Qəzza zolağına səfər edib.

O, bu barədə X sosial media platformasında məlumat verib.

Səfərdə onu ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper və sahibkar Cared Kuşner müşayiət edib.

Vitkoffun sözlərinə görə, nümayəndə heyəti təhlükəsizlik məsələləri, humanitar yardım və yeni münaqişələrin qarşısının alınması tədbirləri ilə bağlı ətraflı brifinqlər alıb. Xüsusi nümayəndə, həmçinin sülhün əldə olunacağına əminliyini ifadə edib.

XQ


Dünya