Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampı “Nil” ordeni ilə təltif edib.
AZƏRTAC “Əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, Misirin Ali ordeni ABŞ Prezidentinin sülh səylərinin dəstəklənməsində və münaqişələrin azalmasında göstərdiyi mühüm töhfələrə, o cümlədən Qəzza müharibəsinin dayandırılmasındakı roluna görə verilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə