Tramp: Ərdoğan Ukrayna münaqişəsinin həllinə kömək edə bilər

post-img

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatmasında əsas rol oynaya biləcəyinə əminliyini ifadə edib.

Məlumatı “Kommersant” verib. 

“Ərdoğan edə bilər. Rusiyada ona hörmət edirlər, Ukrayna haqqında deyə bilmərəm. Amma Rusiya Prezidenti Vladimir Putin ona hörmət edir və o, mənim dostumdur”, - deyə Tramp Şarm əş-Şeyxdən qayıdarkən deyib.

Sentyabrın sonunda prezident Ərdoğan “Fox News” telekanalına müsahibəsində Ukraynadakı münaqişənin tez bir zamanda həllinə şübhə etdiyini bildirib. O, münaqişənin həllində vasitəçi rolundan əl çəkməyəcəyini vurğulayıb. Eyni zamanda, ABŞ və Türkiyə prezidentləri Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün nə edə biləcəklərini müzakirə ediblər.

P.Əmircanov
XQ

 

Dünya