Avropa İttifaqının liderləri Ukrayna üçün misli görünməmiş təzminat krediti barədə razılığa gələ bilməyib və bunun əvəzinə 90 milyard avroluq krediti maliyyələşdirmək üçün birgə borca girməklə bağlı razılaşıblar. Macarıstan, Çexiya və Slovakiya bu sxemdə iştirak etməyəcək.
Məlumatı “Euronews” verib.
Avropa liderləri razılaşıblar ki, Ukraynanı maliyyələşdirmək üçün növbəti iki il ərzində 90 milyard avroluq birgə borc toplayacaqlar.
Belçikanın ölkə banklarında yerləşdirilmiş Rusiya aktivlərindən istifadə etməzdən əvvəl limitsiz zəmanət tələbləri ilə bağlı çıxılmaz vəziyyətlə üzləşən Aİ liderləri, Kiyevin gələn il və 2027-ci ildə blokun ümumi büdcəsindən birgə borc almaq qərarına gəliblər.
“Euronews” ilk olaraq üç ölkənin hazırladığı planlar haqqında məlumat verib. Bu planlara əsasən, Budapeşt, Praqa və Bratislava imtina edəcək, qalan üzv dövlətlər isə Genişləndirilmiş Əməkdaşlıq Mexanizmi çərçivəsində kreditlər verməyə davam edəcək.
P.ƏMİRCANOV
XQ

