ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov Rusiya nümayəndə heyəti ilə Mayamidə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları məhsuldar və konstruktiv adlandırıb.
Xəbəri “İnterfaks.ru” verib.
“Floridada son iki gün ərzində Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyev Prezident (ABŞ) Donald Trampın Ukrayna üçün sülh planı ilə bağlı Amerika nümayəndə heyəti ilə məhsuldar və konstruktiv görüşlər keçirib”, - deyə Uitkoff sosial mediada yazıb.
Trampın xüsusi nümayəndəsi qeyd edib ki, ABŞ tərəfini həm də Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner və Ağ Ev rəsmisi Coş Qruenbaum təmsil ediblər.
Uitkoffun sözlərinə görə, “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”. O əlavə edib ki, “Rusiya ABŞ-ın Ukrayna münaqişəsinin həllində və qlobal təhlükəsizliyin bərpasında səylərini və dəstəyini yüksək qiymətləndirir”.
P.ƏMİRCANOV
XQ

