İran ABŞ ilə danışıqların bərpasında göstərdikləri köməyə görə regiondakı bütün ölkələrə, xüsusən də Türkiyəyə minnətdarlığını bildirir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekai həftəlik brifinqdə bildirib.
Bekai bildirib ki, “Danışıqların aparılması üçün göstərdikləri səylərə görə bütün qonşularımıza, xüsusən də Türkiyəyə təşəkkür edirik”.
Diplomat vurğulayıb ki, Tehran region ölkələrinin danışıqlar prosesinə konstruktiv yanaşmasını yüksək qiymətləndirir. Onun sözlərinə görə, İran regional dövlətlərlə müntəzəm dialoq aparır və bu, gərginliyin azaldılmasına əhəmiyyətli töhfə verə bilər.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb: “Biz İranın maraqlarını diplomatiya yolu ilə qorumağa çalışırıq”.
P.ƏMİRCANOV
XQ

