"Air Astana" Dubaya uçuşların ləğvini aprelin sonuna qədər uzadıb

post-img

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən "Air Astana" Almatı və Astanadan Dubaya planlaşdırılan uçuşların ləğvini 1 apreldən 30 aprelə qədər uzatmaq məcburiyyətində qalıb.

XQ xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Ləğv edilmiş uçuşlarda sərnişinlərə aşağıdakı seçimlər təklif olunur:

Bilet qiymətinin heç bir cərimə olmadan tam geri qaytarılması;

30 iyun və ya daha əvvəl Dubaya uçan uçuşlar üçün pulsuz yenidən bronlaşdırma;

30 iyun tarixinə qədər uçuşlar olmaqla, digər aviaşirkət istiqamətlərinə cəriməsiz yenidən bronlama imkanı. 

Dünya