Türkiyə Mərkəzi Bankı tərəfindən sadələşdirmə istiqamətində yeni addım

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) makro-maliyyə sabitliyini gücləndirmək və pulötürmə mexanizminin effektivliyini dəstəkləmək üçün sadələşdirmə istiqamətində yeni addımlar atıb.

TCMB-nin açıqlamasına görə, bank 2023-cü ildə tətbiq edilən və hazırda 2,5 faiz dərəcəsi ilə tətbiq olunan xarici valyuta depozitləri/iştirak fondları üçün Türk Lirəsində əlavə ehtiyat tələbini ləğv edib.

Xarici valyuta depozitlərinə/iştirak fondlarına tətbiq olunan ehtiyat tələb nisbətləri tələb depozitləri və 1 aya qədər müddətli hesablar üçün 30 faizdən 32 faizə, daha uzun müddətli hesablar üçün isə 26 faizdən 28 faizə qaldırılıb.

Bildirilib ki, ehtiyat tələbi yeni faiz dərəcələri əsasında 17 iyulda müəyyən ediləcək.

M.MİRZƏ
XQ

Dünya