Gürcüstan və Ermənistan DİN rəhbərləri görüşüblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistana rəsmi səfəri çərçivəsində Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla ikitərəfli görüş keçirib.

XQ xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər ortaq maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün gələcək perspektivləri müzakirə ediblər.

Tərəflər həmçinin Cənubi Qafqaz regionunun sabit inkişafı üçün sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğuladılar və polis bölmələri arasında effektiv, əməliyyat əməkdaşlığının daha da inkişaf etdirilməsi planlarını müzakirə ediblər.

Dünya