Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli 518 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə” 2002-ci il 11 mart tarixli 676 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 22 may tarixli 96 nömrəli və “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə” 2025-ci il 25 dekabr tarixli 558 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I); 2024, № 5 (I kitab), maddələr 521, 529, № 12 (II kitab), maddə 1369; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 aprel tarixli 642 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndin ikinci abzasından “tədris,” sözü çıxarılsın;
1.2. 3.1-ci bənd üzrə:
1.2.1. 3.1.23-cü yarımbənddə “və sayı” sözləri “, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi” sözləri ilə əvəz edilsin;
1.2.2. 3.1.25-ci yarımbəndə ikinci halda “fövqəladə” sözündən sonra “vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş” sözləri əlavə edilsin;
1.3. 5.3-cü bənd üzrə:
1.3.1. 5.3.7-ci yarımbəndə “vəzifələrinin” sözündən sonra “(ali hərbi və ali xüsusi rütbəli vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3.2. aşağıdakı məzmunda 5.3.11-2-ci yarımbənd əlavə edilsin:
“5.3.11-2. daxili qoşunların hərbi hissələrinin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verir;”;
1.3.3. 5.3.13-cü yarımbənddə “heyət rütbələrinin” sözləri “xüsusi rütbələrin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli 676 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 126 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamə”nin 2-ci və 4-cü hissələrində “tədris mərkəzinin” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 96 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 328 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambulada “Daxili qoşunların statusu” sözləri “Azərbaycan Respublikasının daxili qoşunları” sözləri ilə, “12-ci” sözləri “6.1.7-ci” sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə”nin 1-ci hissəsində “Daxili qoşunların statusu” sözləri “Azərbaycan Respublikasının daxili qoşunları” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 558 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (I kitab), maddə 1149) 1.8-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.8.1-ci yarımbənddə “və 6.1.8-ci” sözləri “, 6.1.8-ci və 6.1.13-cü” sözləri ilə əvəz edilsin;
4.2. 1.8.3-cü yarımbənddə “6.1.11 – 6.1.22-ci” sözləri “6.1.11-ci, 6.1.12-ci və 6.1.14–6.1.22-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2026-cı il

