Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Rəqəmsal inkişaf, eyni zamanda süni intellektin dəstəklənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Və təbii ki, şuranın ilk iclasında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qeyd etdi ki, artıq Azərbaycan bu istiqamətdə regionun aparıcı dövlətlərindən birinə çevrilməyi hədəfləyir. Və yol xəritəsinin təsdiqi də məhz bu istiqamətdə fəaliyyətlərini sistemli şəkildə həyata keçirəcəyindən xəbər verir”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov XQ-yə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ”Bütün bunlarla yanaşı təbii ki, anunverici bazanın təkmilləşdirilməsi də vacibdir. Artıq Milli Məclisə kraudfandinqlə bağlı qanun layihəsi daxil olub, bu yeni qanun layihəsidir. Və ümumiyyətlə rəqəmsal maliyyə resurslarının genişlənməsini özündə ehtiva edir. Eyni zamanda, digər istiqamətlərdə də, xüsusən də süni intellektin inkişafı ilə əlaqədar olaraq rəqəmsal inkişafla bağlı da qanunvericiliyin təkmilləşməsi əsas hədəflərdəndir.
Bütövlükdə qlobal müqayisələr göstərir ki, süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, artıq bir sıra ölkələrdə süni intellekt iqtisadiyyatda xüsusi paya malikdir. Bu da nəticə etibarilə təbii ki, həm də ekosistemin, ekosistemdəki dəyişikliklərə uyğun olaraq Azərbaycanda da süni intellekt, rəqəmsal inkişafın iqtisadiyyatda payının artması və bu istiqamətdə diversifikasiya meyllərinin daha da güclənməsini gündəmə gətirib.
Təbii ki, birmənalı şəkildə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, sistemli tədbirlər bir tərəfdən iqtisadiyyatın şaxələnməsinə, digər tərəfdən isə iqtisadi artım tempinin sürətlənməsinə və sözsüz, həm də, və sözsüz həm də bu sahədə daha çox dəyərin yaradılmasına imkan verəcək ki, bu da ekosistemin keyfiyyətcə daha da yeniləşməsinə xidmət edəcək , - deyə V.Bayramov vurğulayıb.
Müşfiq MİRZƏ
XQ

