Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qazaxıstanda konstitusiyanın yeni versiyası qüvvəyə minib. 15 martda keçirilən referendumda ona edilən dəyişikliklər 87,15 faiz səslə qəbul edilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 73,12 faiz təşkil edib.
Məlumatı “Kommersant” verib.
Əsas dəyişikliklərdən biri ikipalatalı parlamentdən birpalatalı parlamentə — qurultaya keçiddir. Qurultay partiya siyahıları üzrə seçilən 145 deputatdan ibarət olacaq. Yeni qanunverici orqana seçkilər 2026-cı ilin avqust ayında keçirilməsi planlaşdırılır. Bundan əlavə, sənəddə dövlət müşaviri vəzifəsi ilə əvəz olunaraq Qazaxıstanın vitse-prezidenti vəzifəsi bərpa olunur.
Yeni konstitusiyaya əsasən, qazax dili dövlət dili statusunu qoruyub saxlayır. Rus dili dövlət qurumlarında “qazax dili ilə yanaşı” istifadə olunacaq. Əvvəllər “qazax dili ilə bərabər” istifadə olunub. Konstitusiya həmçinin ikili və çoxsaylı vətəndaşlığı tamamilə qadağan edir və prezidentliyə namizədlər üçün tələbləri dəyişdirir.
P.ƏMİRCANOV
XQ

