ABŞ İranla danışıqlara sadiqliyini bir daha təsdiqləyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə görüşüblər. Danışıqlar zamanı tərəflər Vaşinqtonun hərtərəfli sülh razılaşmasına nail olmaq üçün Tehranla dialoqu davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Məlumatı “İnterfaks.ru” verib. 

Qətər Xarici İşlər Nazirliyinin X sosial media platformasında dərc olunmuş açıqlamasında deyilir: “İki ABŞ səfiri Qətərin Pakistanla tərəfdaşlıqda danışıqların asanlaşdırılmasındakı roluna görə ABŞ-ın  minnətdarlığını bildirib, Vaşinqtonun danışıqlar prosesini davam etdirmək öhdəliyini vurğulayıblar”.

Nəşrin məlumatına görə, iştirakçılar ABŞ və İran arasında danışıqların gedişatını, eləcə də regional təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlmiş tədbirləri müzakirə ediblər. Livanda atəşkəs də müzakirə mövzusu olub.

Qətərin Baş naziri ölkə hakimiyyətinin vasitəçilik səylərini davam etdirəcəyini və danışıqlar prosesinin bütün sahələrinə dəstək verəcəyini bildirib.

Stiv Uitkoff və  Cared Kuşner iyunun 30-da Qətərə gəliblər. 

P.ƏMİRCANOV
XQ

Dünya