Əs küləyim, qov istini...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

XQ

Ekologiya