Respublikamızın rayonlarında martın 22-si günorta saatlarından 23-ü günortayadək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

