“Xəzəri qoruyaq!” - genişmiqyaslı təmizlik aksiyası

post-img

Bu günlərdə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı təmizlik aksiyası təşkil olunub. Aksiyasının keçirilməsində məqsəd tullantıların düzgün idarə olunması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, Xəzər dənizinin Bilgəh sahilində keçirilən aksiya çərçivəsində yüzlərlə könüllünün iştirakı ilə 3,5 hektar sahə tullantılardan təmizlənib.

Ü.Qarayev

XQ









Ekologiya