19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilib

post-img

5-8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sayca 19-cu Caspian Agro sərgisində “Gilan Pivot” şirkəti iştirak edib.

XQ xəbər verir ki, 45 ölkədən 447 şirkətin təmsil olunduğu sərgidə şirkətin stendi yüzlərlə qonağı qəbul edib, müxtəlif görüşlər və müzakirələr keçirilib.

Şirkətdən bildirilib ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularına həsr olunan forum və panel sessiyalarında “Gilan Pivot”un rəhbər heyəti də spiker qismində iştirak edib.

Qeyd olunub ki, sərgi şirkət üçün faydalı əməkdaşlıq imkanları və yeni işgüzar əlaqələrin qurulması baxımından məhsuldar olub.

Sonda sərginin təşkilatçılarına, qonaqlara və tədbirdə iştirak edən əməkdaşlara təşəkkür ifadə olunub.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

İqtisadiyyat