Bakı–Xankəndi veloyarışının iştirakçıları Goranboydan keçiblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının iştirakçıları dördüncü mərhələ çərçivəsində mayın 13-də Goranboy rayonunun ərazisindən keçiblər.

Yarış iştirakçılarının rayondan keçidi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Yolboyu toplaşan rayon sakinləri, gənclər və idmansevərlər velosipedçiləri alqışlarla müşayiət edərək yarışa xüsusi rəng qatıblar.

Qeyd edək ki, “Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət yarışın dördüncü mərhələsi 152,7 kilometrlik məsafəni əhatə edir.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində yer alan yarış Azərbaycanın idman ənənələrinin və beynəlxalq idman əməkdaşlığının inkişafına töhfə verməklə yanaşı, regionlarda idmana olan marağın artırılmasına da xidmət edir.

Hamlet Qasımov
XQ



















Sosial həyat