"Elçilik" tamaşası Ərzurum şəhərində təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının Ərzurum şəhərində təqdim etdiyi “Elçilik” tamaşası böyük maraq və gurultulu alqışlarla qarşılanıb. Teatrsevərlərin böyük maraq göstərdiyi tamaşanı Ərzurum Valisi Aydın Baruş da izləyib.

Tamaşanın ardından çıxış edən vali Aydın Baruş səhnə əsərinin yüksək peşəkarlıqla təqdim olunduğunu vurğulayaraq tamaşanın rejissoru Səyyad Məmmədov və teatr kollektivini xüsusi təbrik edib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri mədəniyyət və incəsənət vasitəsilə daha da güclənir.

Daha sonra çıxış edən Səyyad Məmmədov Azərbaycan və Türkiyənin ortaq tarixə, ortaq mədəniyyətə və ortaq mənəvi dəyərlərə sahib olduğunu qeyd edib. O vurğulayıb ki, sənət xalqları birləşdirən ən güclü körpüdür.
Tədbirin sonunda Səyyad Məmmədov tərəfindən Ərzurum Valisi Aydın Baruşa xatirə hədiyyəsi təqdim olunub.

XQ









Mədəniyyət