Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib.
XQ xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.
Bildirilib ki, iki liderin ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Prezidentlər həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasını keçirəcəklər.

