Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Mayın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib.
XQ xəbər verir ki, təlim Dövlət Gömrük Komitəsi tərəfindən ənənəvi keçirilən sorğuların nəticəsinə əsasən sahibkarların gömrük məsələləri üzrə rəy və təkliflərinə müvafiq olaraq onların məlumatlandırılması məqsədilə təşkil edilib.
Tədbirdə gömrük əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri”, “Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət qaydaları və ekspertiza prosesinin təşkili”, “Elektron gömrük xidmətlərindən istifadə: “e-customs” platformasında tətbiq edilən xidmətlər” mövzularında təqdimatlar nümayiş etdirilib.
Yekunda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, praktiki izahlar təqdim olunub və sualları cavablandırılıb.




