Daşkənddə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı konsert olub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil olunub.

Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Rusiya və Tacikistanın bu ölkədəki səfirləri Aleksey Yerxov və Abducabbor Rahmonzoda, həmçinin dövlət xadimləri, Türk dünyasını təmsil edən şairlər, yazıçılar və incəsənət nümayəndələri, tələbələr, media təmsilçiləri və Daşkənddə yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin rəsmi Hüseyn Quliyev çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkədə siyasi sabitliyin təmin olunmasına və dövlətçilik ənənələrinin güclənməsinə mühüm zəmin yaradıb.

Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Konsert proqramında Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, həmçinin tanınmış azərbaycanlı gənc sənətçilər - müğənni və bəstəkar İsmayıl Zeynalov, eləcə də istedadlı pianoçu Müşfiq Quliyev çıxış ediblər.

Sənətçilər ifaları ilə Azərbaycan klassik musiqisinin zənginliyini, milli melodiyaların bədii-estetik imkanlarını və klassik irsin müasir səhnədə aktuallığını peşəkarlıqla nümayiş etdiriblər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd











Mədəniyyət