Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib

post-img

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mediaturlar təşkil edilib.

Müdafiə Nazirliyindən XQ-yə bildirilib ki, mediaturlar çərçivəsində qonaqlara hərbi liseylər haqqında geniş məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunda axidmət edən savadlı və bacarıqlı zabitlərin hazırlanmasında hərbi liseylərin müstəsna rolu var. Bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.

Mediaturlar zamanı qonaqlar hərbi liseylərin ərazisindəki Heydər Əliyev muzeyləri, tədris korpusları, kursant yataqxanaları, yeməkxanalar, idman kompleksləri, tibb məntəqələri və digər inzibati binalarda çəkilişlər aparıb, liseyin kursant və müəllim heyətindən müsahibələr alıblar.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 







Sosial həyat