Milli Paralimpiya Komitəsinin rəhbərliyi Tunis Qran-Prisində medal qazanan paraatletlərlə görüş keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 24-də Milli Paralimpiya Komitəsində Tunis Beynəlxalq Qran-Prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

XQ xəbər verir ki, görüşdə yarışda gümüş və 1 bürünc medal əldə edən paralimpiyaçılar Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığma komandanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-Prisində nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.

İdman