Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
UFC-də döyüşməkdən böyük məmnunluq duyduğunu bildirən Azərbaycan idmançısı Tahir Abdullayev Bakıda keçiriləcək turnirlə bağlı mətbuat konfransında çıxış edib.
XQ xəbər verir ki, döyüşçü doğma ölkədə azarkeşlər qarşısında çıxış etməyin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb:
“Azarkeşlərin bu qədər dəstək göstərməsi çox sevindiricidir. Öz vətənimdə döyüşmək mənə əlavə motivasiya verir. Turnirdə güclü rəqiblər var. Hazırda 77 kiloqram çəki dərəcəsində çıxış etməyimdən razıyam”, – deyə o bildirib.
Tahir Abdullayev UFC-yə gedən yolundan da söz açıb. Onun sözlərinə görə, əvvəlcə Əbu-Dabidə keçiriləcək yarışda iştirak planlaşdırılsa da, ABŞ-dəki hazırlıq prosesi zamanı əsas hədəfi UFC-yə düşmək olub və o, bu məqsədinə nail olub.
Qeyd edək ki, Abdullayev UFC turniri çərçivəsində Bakıdakı Milli Gimnastika Arenasında braziliyalı Ceferson Nasimento ilə qarşılaşacaq.

