Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasına göstərdiyi səmimi münasibətə, yüksək qonaqpərvərliyə və bu sessiyanın mükəmməl şəkildə təşkil olunmasına görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün biz parlamentlərimiz və məclislərimiz arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin pak dinimizin bizi çağırdığı əməkdaşlıq, həmrəylik, ixtilaf və nifrətin rədd edilməsi prinsiplərini həyata keçirmək üçün İttifaqımız çərçivəsində bir araya gəlmişik.
XQ xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim deyib.
Həsən bin Abdulla Əl-Qanim vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi prosesində birliyə kölgə salan və xalqlar arasında fitnə-fəsad yaratmağa çalışan çağırışlara əhəmiyyət verilməməlidir.

