Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə iyunun 29-30-da “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
BDU-dan XQ-yə bildirilib ki, konfransda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, ölkəmizə dəvət olunmuş nüfuzlu türkoloq-alimlərin, eləcə də türk dövlətlərinin rəsmi nümayəndələrinin, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Konfransın açılış mərasimi və panel sessiyalar iyunun 29-da Heydər Əliyev Mərkəzində, bölmə iclasları iyunun 30-da BDU-da təşkil olunacaq.

