Rafael Fiziyevin rəqibi Manuel Torres: "Rafaelə qalib gələcəyəm"

post-img

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku turnirində Rafael Fiziyevin rəqibi Manuel Torres mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Torres qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşərək bildirib ki, rəqibi onu düzgün qiymətləndirmir: “Düşünürəm ki, Rafael mənim planımı görməyib. Mən öz üslubum və sürətimlə döyüşə gəlirəm və sonda qalib gələcəyəm. Rafaeli təcrübəli döyüşçü kimi dəyərləndirirəm. Böyük döyüş olacaq”.

Ekspertlərin Rafaeli favorit hesab etməsinə münasibət bildirən meksikalı idmançı bununla razılaşmadığını deyib: “Mən belə düşünmürəm. Həmişə döyüşə hazıram. İlk raundda qalib gəlmək planımın bir hissəsidir”.

Torres Bakı haqqında da qısa təəssüratlarını bölüşüb: “Möhtəşəm şəhərdir. Şəhəri çox gəzə bilməmişəm, amma kabab yemişəm”.
Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torres ilə üz-üzə gələcək. 

Tacir SADIQOV 
XQ

İdman