Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi modernləşdirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə olunması qülləsinin yenilənmiş dizaynı ictimaiyyətə təqdim olunub.

XQ WAM agentliyinə istinadən xəbər verir ki, qüllənin yeni görünüşündə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks etdirilib. Təqdimat zamanı Dubay polisi tərəfindən xüsusi nümayiş də həyata keçirilib.

Qeyd edilir ki, 89 metr hündürlüyə malik bu qüllə hava limanının gündəlik fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Buradakı idarəetmə mərkəzi uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini, təyyarələrin gəliş-gedişini və ümumi hava hərəkətini nəzarətdə saxlayır.

1960-cı ildə istifadəyə verilmiş Dubay Beynəlxalq Hava Limanı bu gün dünyanın ən sıx işləyən beynəlxalq hava limanlarından biri kimi tanınır.

Dünya