MMA döyüşçüsü Nazim Sadıxov "UFC Fight Night" turniri ərəfəsində mətbuat qarşısına çıxaraq həm son məğlubiyyətini, həm də qarşıdakı döyüşünü dəyərləndirib.
"Düşünürəm ki, bir qədər məşqim az oldu. Hər şeyi sıfırlayaraq, şənbə günü yenidən başlayacam. Növbəti rəqibimə gəlincə, bilirəm ki, o, ABŞ-də döyüşüb. Bir-birimizi tanıyırıq. O mənim, mən də kiminlə sparrinq etdiyimi bilir. Yaxşı bir gənc oğlandır. Bonus qazanmaq isə heç vaxt hədəfim olmayıb. Sadəcə tamaşalı döyüşürəm. Bu da bonusla nəticələnir
Jurnalistlərin künc komandası ilə bağlı sualına döyüşçü sürprizi qismən açıqlayıb: "Sürprizimi burada arxada görə bilərsiniz. Küncümdə çempion Sterlinq olacaq. Ümid edirəm ki, keçən il Merab kimi onu da sevəcəksiniz. Mənim məşqçim, komandam da orada olacaq".
Sonda isə Sadıxov turnirdə çıxış edəcək azərbaycanlı döyüşçülərin nəticəsi ilə bağlı nikbin danışıb. “4 azərbaycanlı, 4 qələbə görəcəyik?” sualına o, qısa cavab verib: "Bəli. İnşallah. Dördümüz də".
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Tacir SADIQOV
XQ

